Xəzər Xəbər

Messini xeyriyyə oyunları vasitəsilə gəlirlərini gizlətməkdə şübhəli bilinir

İdman | 16:23 • 16 Yanvar 2018
Messini xeyriyyə oyunları vasitəsilə gəlirlərini gizlətməkdə şübhəli bilinir

İspaniya polisi "Barselona”nın hücumçusu Lionel Messini xeyriyyə oyunlarının təşkilindən əldə olunan gəlirləri gizlətməkdə şübhəli bilir. Mənbənin məlumatına görə müstəntiqlər Messinin fondu tərəfindən 2012-ci və 2013-cü illərdə təşkil olunmuş xeyriyyə oyunları barədə məlumatları toplayıblar. Polis fondun gözlənildiyindən daha az vəsait almasından şübhələnir. Fondun hesabına 300 min avro daxil olub. Müstəntiqlərin fikrincə, qalan vəsait ofşor hesablara köçürülə bilər. Lazımi qədər dəlil toplanmadığından Messi barəsində cinayət işi qaldırılmayıb. Xatırladaq ki, "Football Leaks” saytının bu yaxınlarda dərc etdiyi məlumata görə, Messi mövsüm ərzində 100 milyon avrodan artıq qazanacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti