Xəzər Xəbər

Ən səs-küylü QIŞ TRANSFERLƏRİ - FOTOLAR

İdman | 10:35 • 9 Yanvar 2018
Ən səs-küylü

Koutinyo - "Barselona"

Hələlik qış transfer dövrünün ən bahalı transferini "Barselona" gerçəkləşdirib. Kataloniya təmsilçisi "Liverpul"un oyunçusu Koutinyonu 160 milyon avro qarşılığında rənglərinə bağlayıb.

Ross Barkli - "Çelsi"

"Çelsi" "Everton"dan Ross Barklini 15 milyon avroya transfer edib.

Cenk Tosun - "Everton"

"Everton" 22 milyon avro ödəyərək "Beşiktaş"ın futbolçusu Cenk Tosunu heyətinə cəlb edib.

Uesli Sneyder - "Əl-Qarafa"

Bülənt Uyğunun çalışdırdığı Qətərin "Əl-Qarafa" klubu Uesli Sneyderlə anlaşıb.

Adrien Silva - "Lester"

"Lester" "Sportinq"dən Adrien Silvanı 24.5 milyon avro müqabilində öz heyətinə qatıb.

Virgil Van Diyk - "Liverpul"

"Liverpul" Virgil Van Diykə görə "Sautqempton"a 85 milyon avro ödəyib.

Sandro Vaqner - "Bavariya"

"Bavariya" "Hoffenhaym"ın futbolçusu Sandro Vaqneri 12 milyon avro qarşılığında transfer edib.

Mario Gomes - "Ştutqart"

"Volfsburq"un futbolçusu Mario Qomesi 3.5 milyon avroya "Ştutqart"a transfer edilib.

Dieqo Kosta - "Atletiko Madrid"

"Atletiko Madrid" keçmiş futbolçusu Dieqo Kostanı 55 milyon avro ödəyərək geri qaytarıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti