Xəzər Xəbər

Məşhur futbolçu vergidən yayındığını etiraf edib

İdman | 16:24 • 10 Dekabr 2017
Məşhur futbolçu vergidən yayındığını etiraf edib

Madridin "Real” klubunun məşhur braziliyalı müdafiəçisi Marselonun da adı vergidən yayınanların sırasında gündəmə gəlib.

Xezerxeber.az məlumat verir ki, o, məhkəmədə vergidən yayındığını etiraf edərək 500 min avro məbləğində kompensasiya ödəməyə hazır olduğunu deyib.

Mətbuatın yazdığına görə, futbolçunun məhkəməsi cəmi 10 dəqiqə çəkib. Onu cinayət sxemi yaratmaqda ittiham edirlər. Həmin sxem vasitəsilə Marselo iki il ərzində (2011-ci ildən 2013-cü ilədək) vergidən yayınmaq məqsədilə imic hüquqlarının satışından əldə etdiyi gəlirləri gizlədib.

Xəbər lenti