Xəzər Xəbər

“Qarabağ” 1/4 finala yüksəldi

İdman | 18:16 • 28 Noyabr 2017
“Qarabağ” 1/4 finala yüksəldi

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində "Qarabağ” doğma meydanda "Qaradağ Lökbatan”ı qəbul edib.

Baş hakim Ramil Diniyevin idarə etdiyi matçın ilk hissəsində hesab açılmayıb.

Fasilədən sonra təzyiqi artıran meydan sahibləri görüşün 58-ci dəqiqəsində Əfran İsmayılovun vurduğu qolla hesabı açıblar. İkinci hissənin sonlarına yaxın "Qarabağ” hesab arasındakı fərqi iki topa çatdırıb. Matçın 81-ci dəqiqəsində Pedro Enrike fərqlənib.

Beləliklə, oyun "Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda dörddəbir finala yüksəlib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti