Xəzər Xəbər

PSJ 110 milyon avroluq transfer edir

İdman | 15:17 • 13 Oktyabr 2017
PSJ 110 milyon avroluq transfer edir

Yayda Neymarı 222 milyon avroya alan, Kilian Mbappe üçün 180 milyon avroluq müqavilə imzalayan PSJ dayanmaq bilmir. Paris klubu daha bir böyük transferə imza atacaq.


Yayda Blayse Matuidini "Yuventus"a satan, Qreqori Kriçovyakı "Vest Bromviç"ə icarəyə verən PSJ 35 yaşlı Tyaqo Mottanın mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyəcək. "Le Parisien"in xəbərinə görə, baş məşqçi Unai Emerinin bu mövqe üçün transfer siyahısında Nqolo Kante, Fabinyo və Danilo Pereyra kimi ulduzların adları var.


İddialara görə, PSJ artıq "Çelsi"nin üzvü Kante üçün danışıqlar prosesinə start verib. Mali əsilli fransalı ulduz 2015-ci ildə 9 milyon avroya transfer olunduğu "Lester" tərəfindən 2016-cı ildə "Çelsi"yə 36 milyon avroya satılmışdı. PSJ-nin isə onun üçün London klubuna 110 milyon avro təklif edəcəyi deyilir. Bildirilir ki, böyük ehtimala "Çelsi" bu keçidə razılıq verəcək./Fanat.Az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti