Xəzər Xəbər

"Bavariya"nın futbolçusu "Real"da oynamaq istəyir

İdman | 16:53 • 17 Sentyabr 2017
"Bavariya"nın futbolçusu "Real"da oynamaq istəyir

Almaniya Bundesliqasında mübarizə aparan "Bavariya”nın hücumçusu Robert Levandovski klubdan ayrılmaq istəyir.

Polşalı futbolçu "Real”da (Madrid) oynamaq istəyir və bu barədə menecerlərinə məlumat verib.

Bildirilir ki, 29 yaşlı oyunçu artıq Bundesliqadakı rəqabətdən sıxılıb və Münhen təmsilçisindən ayrılmaq istəyir. "Real”ın isə Levandovskini transfer etməyə müsbət yanaşmadığı və "Leytspiq”in şərəfini qruyan 21 yaşlı Timo Verner ilə maraqlandığı qeyd edilir.

Xatırladaq ki, "Bavariya”yla 2021-ci ilə qədər müqaviləsi olan Robert Levandovski cari mövsümdə 6 oyuna 7 qol vurub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar