Xəzər Xəbər

Pepe: "Beşiktaş" mənim üçün yeni bir şansdır"

İdman | 14:23 • 24 İyul 2017
Pepe:

"Beşiktaş"ın "Real Madrid"dən transfer etdiyi Pepe jurnalistlərin sualların cavablandırıb. XəzərXəbər oyunçunun müsahibəsini təqdim edir:

-Komandadaki ilk təəssüratların necədir?

"Beşiktaş"a gəldiyim üçün çox xoşbəxtəm. Komanda ilə birinci məşqimi etdim və hər kəslə tanış oldum.

-Baş məşqçi Şenol Günəşin açıqlama verdiyi vaxt bütün oyunçular səni alqışladı. Həmin vaxt nə baş verdi?

Burada olmaq mənim üçün yeni bir şansdır. Məni öz aralarına qəbul etdikləri üçün hər birinə təşəkkür etdim və onlar üçün, "Beşiktaş" üçün çox çalışacağıma söz verdim.

-10 il "Real Madrid" formasını geydin. Bu sənin Türkiyəyə uyğunlaşmağında problem yaratmayacaq?

Ən vacibi klub və oyunçu dostlarımın məni qarşılamaları idi. Onlar bunu çox yaxşı bacardılar. Bu cür xoş qarşılamadan sonra normal olaraq hər şey öz axarında gedəcəkdir.

-Bu gün bütün oyunçulardan ayrı məşqə çıxdın, yəqin ki önümüzdəki günlərdə artıq komanda ilə birlikdə məşqlərə başlayacaqsan. 100%-lik fiziki səviyyəyə nə vaxt çatacaqsan?

Təbii ki, fiziki baxımda komanda ilə aramda böyük fərq var. Bu həftə məşqlərə tək çıxacam. Gələn həftədənetibarən isə məşqlərdədigər oyunçularla birlikdə olmağı düşünürəm amma bu tamamilə məşqçi heyətinin qərarıdır.

-Futbolçu dostların Kriştianu Ronaldu, Serxio Ramos və Rikardo Quareşma kimi oyunçular bu keçidə necə reaksiya verdilər?

Müqaviləni imzaladığım gündən bəri çox mesaj aldım. "Real Madrid"də birlikdə oynadığımdoslarım da məni təbrik etdilər. "Beşiktaş" klubuna mənə bu şansı tanıdığı üçün bir daha təşəkkür edirəm. Çünki yeni bir səhifə açıram , bu mənim üçün yeni bir başlanğıcdır./milli.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar