Xəzər Xəbər

Goranboyda yol qəzası 7 yaralı

Hadisə | 16:03 • 29 İyun 2025
Goranboyda yol qəzası

Goranboyda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində Gəncə şəhər sakinləri İlhamə Əliyeva (1970) və Tərcümən Həsənova (1965) Bakı şəhər sakinləri Leyli İsaqova (1961), Südabə Həsənova (1961), Göygöl rayon sakini Zenfira Həsənova (1969), Şəmkir rayon sakini Qəmər Hüseynova (1957) və Səfikürd kənd sakini Salaman Qasımov (1980) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar