Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən ağır avtoqəzada 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ilkin məlumata görə, "Mercedes" markalı yük maşını ilə "Volkswagen" markalı minik avtomobili toqquşub.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB də Bakıda baş verən avtoqəza ilə bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2025-ci il iyunun 7-də saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı kişi isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.