06.06.2025-ci il tarixində saat 15:45 radələrində 1 nəfər (qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilib.
Xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. (apa)
16:28
Tovuz rayonunda mübahisə zəminində bir nəfər qətlə yetirilib, daha bir nəfər xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, Tovuz rayonunda mübahisə zəminində eyni ailəyə məxsus bir qadının qətlə yetirilməsi, digər qadının isə xəsarət almasından sonra onlara məxsus yaşayış evi yandırılıb.
Hadisə zamanı qətlə yetirilən qadının 1970-ci il təvəllüdlü Sevinc Həsənova, xəsarət alanın isə onun qızı, 2000-ci il təvəllüdlü Aliyə Namazova olduğu müəyyən edilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub yanğın söndürülüb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qətlə yetirilən qadının hadisəni törətməkdə şübhəli bilinən şəxsin anası, xəsarət alanın isə bacısı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.