Xəzər Xəbər

Goranboyda minaya düşən şəxsin vəziyyəti açıqlandı Yenilənib2

Hadisə | 19:13 • 31 May 2025
Goranboyda minaya düşən şəxsin vəziyyəti açıqlandı

Mayın 31-də saat 15:30 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) sol ayağın topuqdan ambutasiyası və bədənin müxtəlif nahiyələrinin qəlpəsi yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

"Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbəsində aparılır", - məlumatda qeyd edilib. (apa)

15:31

Bu gün Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, Goranboy rayonunun Qaraçinar kənd sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş, Goranboy rayonunin Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

14:37
Goranboyda 45 yaşlı kişi minaya düşüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Qaraçinar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov mina partlayışı nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza
Biləsuvarda ağır qəza Ölənlər var
15:52 • 15 İyun 2025
Beyləqanda bazarda
Beyləqanda bazarda Yanğın
09:00 • 14 İyun 2025
Yardımlıda traktor aşdı, sürücü
Yardımlıda traktor aşdı, sürücü Öldü
09:35 • 13 İyun 2025
Xırdalanda yanğın söndürülüb
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO
14:20 • 12 İyun 2025
Bank kartları talanmaqda davam edir
Bank kartları talanmaqda davam edir
12:03 • 12 İyun 2025
Dənizdə meyit aşkarlanıb
Dənizdə meyit aşkarlanıb
09:04 • 10 İyun 2025
Qaxda ağır yol qəzası baş verib
Qaxda ağır yol qəzası baş verib
13:13 • 8 İyun 2025

Xəbər lenti