Xəzər Xəbər

Türkiyədə faciəli şəkildə ölən azərbaycanlı TIR sürücüsü kimdir? FOTO

Hadisə | 18:49 • 24 May 2025
Türkiyədə faciəli şəkildə ölən azərbaycanlı TIR sürücüsü kimdir?

Türkiyənin Rize şəhərində azərbaycanlı TIR sürücüsünün ölümü ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, TIR etibarnamə ilə də idarə olunub.

Belə ki, 59-BG-176 dövlət qeydiyyat nişanlı TIR-ın sahibi Tərtər rayonu V.S.Həsənov küçəsində yaşayan 1986-cı il təvəllüdlü Zaur Nizami oğlu Nağıyevdir. O, son dəfə avtomobili etibarnamə ilə Tərtər rayon Bəyimsarov kənd sakini 1991-ci il təvəllüdlü Elnur Pərvanə oğlu Nəsirova verib.

Hadisə zamanı həyatını itirən şəxsin Zaur, yoxsa Elnur olduğu hələlik məlum deyil.

Türkiyədə azərbaycanlı TIR sürücüsü faciəli şəkildə ölüb.

Oxu.Az xəbər verir ki, hadisə Rize şəhərində qeydə alınıb. Azərbaycana məxsus 59-BG-176 dövlət qeydiyyat nişanlı TIR-ın naməlum sürücüsü yolu keçərkən onu maşın vurub. O, hadisə yerində dünyasını dəyişib.

Mərhum faciəli ölümünün bəzi detalları məlumdur. O, idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq, restoranda yemək üçün əks tərəfə keçmək istəyib. Hadisə də bu zaman baş verib.

Qeyd edək ki, hazırda yuxarıda qeyd edilən dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün yaxınları axtarılır.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza
Biləsuvarda ağır qəza Ölənlər var
15:52 • 15 İyun 2025
Beyləqanda bazarda
Beyləqanda bazarda Yanğın
09:00 • 14 İyun 2025
Yardımlıda traktor aşdı, sürücü
Yardımlıda traktor aşdı, sürücü Öldü
09:35 • 13 İyun 2025
Xırdalanda yanğın söndürülüb
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO
14:20 • 12 İyun 2025
Bank kartları talanmaqda davam edir
Bank kartları talanmaqda davam edir
12:03 • 12 İyun 2025
Dənizdə meyit aşkarlanıb
Dənizdə meyit aşkarlanıb
09:04 • 10 İyun 2025
Qaxda ağır yol qəzası baş verib
Qaxda ağır yol qəzası baş verib
13:13 • 8 İyun 2025

Xəbər lenti