Mayın 18-i gecə saatlarında Şabranda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, qəza Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Əks istiqamətdə hərəkət zolağına çıxan “Reno” markalı minik avtomobili qarşıdan gələn yük maşını ilə toqquşub.
Qəza zamanı avtomobilin sürücüsü və qadın sərnişin aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.