Gəncədə 31 yaşlı kişini bıçaalamaqsa şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 31 yaşlı Y. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı Ö.Tağızadə saxlanılıb.
Xatırladaq ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.