Xəzər Xəbər

Bakıda restoranda yanğın söndürülüb YENİLƏNİB

Hadisə | 19:39 • 29 Aprel 2025
Bakıda restoranda yanğın söndürülüb

Bakıda restorandakı yanğının qarşısı alınıb.

Bu barədə Xezerxeber.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Səbail rayonu, Nizami küçəsində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

19:19

Bakıda restoranda yanğın başlayıb.

Bu barədə Xezerxeber.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Xəbər lenti