Xəzər Xəbər

Bulvar ərazisində ölüm faktı baş verib

Hadisə | 17:35 • 25 Aprel 2025
Bulvar ərazisində ölüm faktı baş verib

Bakıda bulvarı ərazisində ölüm faktı baş verib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Xezerxeber.az-a verilən məlumata görə, aprelin 25-də saat 16:00 radələrində “Dəniz Mall” ərazisindən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 50 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. 

Ölən şəxsin 1975-ci il təvəllüdlü Əliyev Kənan Saleh oğlu olduğu bildirilir.

Xəbər lenti

Çox oxunanlar