Xəzər Xəbər

Moldova Rusiyanın sorğusu ilə Azərbaycan vətəndaşını saxlayıb

Hadisə | 11:30 • 25 Aprel 2025
Moldova Rusiyanın sorğusu ilə Azərbaycan vətəndaşını saxlayıb

Moldova Rusiyanın sorğusu əsasında İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "SputnikMoldova" məlumat yayıb.

Bildirilib ki, saxlanılan Azərbaycan vətəndaşı Leninqrad vilayətinin Şlisselburq şəhərində atışmada iştirakda və silah alverində ittiham olunur. 
Ukrayna ilə sərhəddə yaxalanan Azərbaycan vətəndaşının hazırda təcridxanada saxlanıldığı və onun ekstradisiyasına hazırlıq getdiyi qeyd olunub.

Xəbər lenti