Xəzər Xəbər

Bank kartlarından daha 32 min 306 manat oğurlanıb

Hadisə | 10:52 • 16 Aprel 2025
Bank kartlarından daha 32 min 306 manat oğurlanıb

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Aprelin 15-də vətəndaşların bank kartlarından 32 min 306 manat oğurlanıb.

Xezerxeber.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik bir daha vətəndaşların diqqətinə çatdırır ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

“Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13700, 3450, 3017, 1827, 1600, 1396, 1288, 1140, 1121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Şəxsi bank məlumatlarını qəti olaraq naməlum şəxslərə verməyin, təhlükə var”, - deyə nazirliyin məlumatında bildirilib.

Rubrikanın digər xəbərləri

Abşeronda sexdə baş verən yanğın söndürülüb
Abşeronda sexdə baş verən yanğın söndürülüb YENİLƏNİB-2
15:02 • 9 May 2025
Sumqayıtda emalatxanada
Sumqayıtda emalatxanada Partlayış
10:48 • 8 May 2025
Bakıda yaşayış binasında yanğın söndürülüb
Bakıda yaşayış binasında yanğın söndürülüb YENİLƏNİB
18:46 • 6 May 2025
Bakıda minik avtomobili "KamAz"la toqquşub
Bakıda minik avtomobili "KamAz"la toqquşub Ölən var
09:35 • 6 May 2025
Qəzaya uğrayan avtomobil yanıb
Qəzaya uğrayan avtomobil yanıb
09:36 • 5 May 2025
Azərbaycan-İran sərhədində silahlı
Azərbaycan-İran sərhədində silahlı İnsident
13:25 • 2 May 2025
Qubada ev yanıb
Qubada ev yanıb
10:04 • 2 May 2025
Dağıstanda
Dağıstanda Zəlzələ
09:29 • 2 May 2025

Xəbər lenti