Xəzər Xəbər

Gəncədə şagirdlər müəllimə xəsarət yetiriblər İNSİDENT

Hadisə | 17:17 • 10 Aprel 2025
Gəncədə şagirdlər müəllimə xəsarət yetiriblər

Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb.

Hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb.

Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb.

Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib.

Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (report)

Rubrikanın digər xəbərləri

Bakıda qəza sıxlığa səbəb oldu
Bakıda qəza sıxlığa səbəb oldu FOTO
17:10 • 22 Aprel 2025
Bakıda kişi bizlə qətlə yetirilib
Bakıda kişi bizlə qətlə yetirilib
12:36 • 22 Aprel 2025
Yanğında xəsarət alan şəxsin vəziyyəti ağırdır
Yanğında xəsarət alan şəxsin vəziyyəti ağırdır YENİLƏNİB-2
10:21 • 22 Aprel 2025
Bank kartları yenə talanıb
Bank kartları yenə talanıb
10:07 • 22 Aprel 2025
Tərtərdə dəm qazından zəhərlənmə
Tərtərdə dəm qazından zəhərlənmə 4 ÖLÜ
12:14 • 21 Aprel 2025
Oğuzda fermada 200 cücə yanıb
Oğuzda fermada 200 cücə yanıb
10:04 • 21 Aprel 2025
Bakıda kitabxanada
Bakıda kitabxanada Yanğın
09:00 • 21 Aprel 2025
Binəqədidə obyektdə
Binəqədidə obyektdə Yanğın
15:42 • 20 Aprel 2025
Sumqayıtda hündürlükdən yıxılan şəxs
Sumqayıtda hündürlükdən yıxılan şəxs Öldü
11:09 • 20 Aprel 2025

Xəbər lenti