Xəzər Xəbər

Bakıda 53 evin qaz sayğacını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Hadisə | 11:19 • 7 Aprel 2025
Bakıda 53 evin qaz sayğacını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakının Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, paytaxt sakinləri olan 53 nəfər zərərçəkən mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət ediblər. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Abbas Əliyev və Bayram Hüseynov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda adətən gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

A.Əliyev və B.Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda qəza sıxlığa səbəb oldu
Bakıda qəza sıxlığa səbəb oldu FOTO
17:10 • 22 Aprel 2025
Bakıda kişi bizlə qətlə yetirilib
Bakıda kişi bizlə qətlə yetirilib
12:36 • 22 Aprel 2025
Yanğında xəsarət alan şəxsin vəziyyəti ağırdır
Yanğında xəsarət alan şəxsin vəziyyəti ağırdır YENİLƏNİB-2
10:21 • 22 Aprel 2025
Bank kartları yenə talanıb
Bank kartları yenə talanıb
10:07 • 22 Aprel 2025
Tərtərdə dəm qazından zəhərlənmə
Tərtərdə dəm qazından zəhərlənmə 4 ÖLÜ
12:14 • 21 Aprel 2025
Oğuzda fermada 200 cücə yanıb
Oğuzda fermada 200 cücə yanıb
10:04 • 21 Aprel 2025
Bakıda kitabxanada
Bakıda kitabxanada Yanğın
09:00 • 21 Aprel 2025
Binəqədidə obyektdə
Binəqədidə obyektdə Yanğın
15:42 • 20 Aprel 2025
Sumqayıtda hündürlükdən yıxılan şəxs
Sumqayıtda hündürlükdən yıxılan şəxs Öldü
11:09 • 20 Aprel 2025

Xəbər lenti