Xəzər Xəbər

Avtovağzal Kompleksinin qarşısında yol qəzası sıxlığa səbəb olub

Hadisə | 16:15 • 9 Fevral 2025
Avtovağzal Kompleksinin qarşısında yol qəzası sıxlığa səbəb olub

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Yol qəzası Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qeydə alınıb. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

Rubrikanın digər xəbərləri

Xəbər lenti