Bakıda ağır yol qəzası olub.
Xezerxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.
Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.
Nəticədə "Saipa" markalı avtomobildə olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.
"Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.