Xəzər Xəbər

Qəbələdə iki avtomobil toqquşub Ölən var

Hadisə | 10:01 • 1 Fevral 2025
Qəbələdə iki avtomobil toqquşub

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə yanvarın 31-də axşam saatlarında Qəbələ rayonunun Tövlə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşması nəticəsində “VAZ-2106”-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin -1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb.

Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini- 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbər lenti