Xəzər Xəbər

Ağcabədidə evdə əl qumbarasının partlaması 5 nəfərin həyatına son qoyub - Ölənlərdən 3-ü azyaşlıdır

Hadisə | 13:03 • 31 Yanvar 2025
Ağcabədidə evdə əl qumbarasının partlaması 5 nəfərin həyatına son  qoyub - Ölənlərdən 3-ü azyaşlıdır

Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.

Xezerxeber.az xəbər verir ki, ilkin məlumata görə, partlayış zamanı 3 azyaşlı ölüb.

Hadisə zamanı Bəhruz Quliyev, Şamil Quliyev, Natiq Quliyev, Məhəmməd Məmmədli və Murad Məmmədli həyatını itirib.

Ölənlərin sayı 5 nəfərdir.

Ülviyyə Məmmədli və Aysun Quliyeva isə  müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti