Xəzər Xəbər

Xaçmazda evdə siqaret çəkən kişi yanaraq ölüb

Hadisə | 09:55 • 31 Yanvar 2025
Xaçmazda evdə siqaret çəkən kişi yanaraq ölüb

Xaçmazda yanğın zamanı xəsarət alan kişi ölüb.

Xezerxeber.az xəbər verir ki, ötən gün Susayqışlaq kənd sakini, 1969-cu il təvəllüdlü Əvəz Vəlizadə yaşadığı evdə yataq otağında uzanarkən çəkdiyi siqaret kötüklərini yerə atması səbəbindən yanğın baş verib.

Yanğın zamanı yanıq xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti