Xəzər Xəbər

Abşeronda 59 yaşlı qadını avtomobil vurub

Hadisə | 08:54 • 26 Yanvar 2025
Abşeronda 59 yaşlı qadını avtomobil vurub

Abşeron rayonunun Məmmədli kəndində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil yolu keçən 1966-cı il təvəllüdlü İsmayılova Yeganə Hüseyin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti