Xəzər Xəbər

Tanınmış aktyor Türkiyədən Azərbaycana ekstazi keçirib

Hadisə | 13:39 • 30 Dekabr 2024
Tanınmış aktyor Türkiyədən Azərbaycana ekstazi keçirib

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildiriib ki, dekabrın 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı, Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü Fərdi Rövşən oğlu Ramazanov gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.

Qeyd edək ki, İstanbul-Bakı aviareysi ilə narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupunun üzvü tanınmış aktyordur.

1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, Neftçala rayon sakini Həsənağa Elçin oğlu Məmmədov bir çox serial, qısametrajlı filmlərdə və reklam çarxlarında çəkilib.

Rubrikanın digər xəbərləri

Qazaxda üçotaqlı evdə
Qazaxda üçotaqlı evdə Yanğın
09:09 • 17 Yanvar 2025
Ağ Şəhərdə mənzildə
Ağ Şəhərdə mənzildə PARTLAYIŞ
15:20 • 15 Yanvar 2025
Bakıda evə basqın edilib
Bakıda evə basqın edilib
15:24 • 14 Yanvar 2025
Sumqayıtda avtomobildə yanğın
Sumqayıtda avtomobildə yanğın Öıən var
10:15 • 12 Yanvar 2025
Türkiyədə fabrikdə
Türkiyədə fabrikdə yanğın
09:43 • 12 Yanvar 2025

Xəbər lenti