Xəzər Xəbər

Balakəndə şəhidin xatirə muzeyində yanğın

Hadisə | 10:23 • 15 Oktyabr 2024
Balakəndə şəhidin xatirə muzeyində

Balakən rayonunda şəhidin xatirə muzeyində yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Kortala kəndində qeydə alınıb.

Belə ki, Vətən müharibəsi şəhidi Əsgər Hüseynovun doğulduğu evin həyətində onun xatirəsinə inşa edilən yardımçı tikilidə qəfil yanğın baş verib.

Qonşuların köməyi ilə yanğın yerindən şəhidə məxsus bir neçə əşyanı çıxarmaq mümkün olub. Yanğın daha sonra yaxınlıqdakı mal tövləsinə də keçib.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Bakıda avtomobil piyadanı vuraraq
Bakıda avtomobil piyadanı vuraraq Öldürüb
09:37 • 21 İyun 2025
Biləsuvarda ağır qəza
Biləsuvarda ağır qəza Ölənlər var
15:52 • 15 İyun 2025
Beyləqanda bazarda
Beyləqanda bazarda Yanğın
09:00 • 14 İyun 2025
Yardımlıda traktor aşdı, sürücü
Yardımlıda traktor aşdı, sürücü Öldü
09:35 • 13 İyun 2025
Xırdalanda yanğın söndürülüb
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO
14:20 • 12 İyun 2025
Bank kartları talanmaqda davam edir
Bank kartları talanmaqda davam edir
12:03 • 12 İyun 2025

Xəbər lenti

Çox oxunanlar