Xəzər Xəbər

Azərbaycan Ordusunun hərbçisi özünü öldürüb

Hadisə | 10:38 • 6 Sentyabr 2024
Azərbaycan Ordusunun hərbçisi özünü öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.

Xezerxeber.az bildirir ki, bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Rubrikanın digər xəbərləri

İlin son Günəş tutulması
İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024
Bakıda məktəbin qazanxanasında
Bakıda məktəbin qazanxanasında PARTLAYIŞ
12:08 • 1 Oktyabr 2024
Qaxda motosiklet qəzaya uğradı
Qaxda motosiklet qəzaya uğradı SÜRÜCÜ ÖLDÜ
11:21 • 28 Sentyabr 2024
Bakıdakı yanğında xəsarət alan şəxsin vəziyyəti
Bakıdakı yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlandı
15:55 • 27 Sentyabr 2024

Xəbər lenti

Çox oxunanlar