Xəzər Xəbər

Xəzərdə gəmi yanır

Hadisə | 09:45 • 31 İyul 2024
Xəzərdə gəmi yanır

Xəzər dənizində təchizat gəmisində yanğın olub.

Xezerxeber.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Qəbələdə yaşayış binasında
Qəbələdə yaşayış binasında Yanğın
09:40 • 15 Mart 2025
"Boranı" restoranında
"Boranı" restoranında yanğın
10:26 • 14 Mart 2025
Sarayda dəm qazından boğulma
Sarayda dəm qazından boğulma
09:44 • 14 Mart 2025
Dumanlı hava davam edir
Dumanlı hava davam edir AÇIQLAMA
10:27 • 12 Mart 2025
Gəncədə döl ölü doğulub
Gəncədə döl ölü doğulub
14:41 • 9 Mart 2025
Lerikdə
Lerikdə Zəlzələ
09:08 • 9 Mart 2025

Xəbər lenti