Xəzər Xəbər

ADY: Vətəndaş elektrovoza toxunaraq bədən xəsarəti alıb

Hadisə | 11:39 • 30 İyul 2024
ADY: Vətəndaş elektrovoza toxunaraq bədən xəsarəti alıb

Bu gün saat 01:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus yük qatarı Biləcəri- Keşlə sahəsində hərəkətdə olarkən 1994-cü il təvəllüdlü Əsədzadə İlham İntiqam oğlu dəmir yolu xəttini qadağan olunmuş yerdən keçməyə cəhd edib, elektrovoza toxunaraq bədən xəsarəti alıb.

ADY-dən Xezerxeber.az-a verilən məlumata görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və həmin şəxs xəstəxanaya çatdırılıb.

Hazırda yaralının vəziyyəti normaldır.

“ADY bir daha piyadaları dəmir yollarından təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə, dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən keçməyə çağırır”, - məlumatda qeyd olunur. 

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza
Biləsuvarda ağır qəza Ölənlər var
15:52 • 15 İyun 2025
Beyləqanda bazarda
Beyləqanda bazarda Yanğın
09:00 • 14 İyun 2025
Yardımlıda traktor aşdı, sürücü
Yardımlıda traktor aşdı, sürücü Öldü
09:35 • 13 İyun 2025
Xırdalanda yanğın söndürülüb
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO
14:20 • 12 İyun 2025
Bank kartları talanmaqda davam edir
Bank kartları talanmaqda davam edir
12:03 • 12 İyun 2025
Dənizdə meyit aşkarlanıb
Dənizdə meyit aşkarlanıb
09:04 • 10 İyun 2025
Qaxda ağır yol qəzası baş verib
Qaxda ağır yol qəzası baş verib
13:13 • 8 İyun 2025

Xəbər lenti