Xəzər Xəbər

London-Kuala Lumpur təyyarəsi Bakıya təcili ENİŞ EDİB

Hadisə | 09:36 • 20 İyul 2024
London-Kuala Lumpur təyyarəsi Bakıya təcili

“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürək tutması).

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 06:42-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişinin təxliyəsi üçün operativ şəkildə xüsusi texnika - ambulator lift istifadə edilib və ona dərhal ilk tibbi yardım göstərilib. Daha sonra isə sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

Rubrikanın digər xəbərləri

Qəbələdə yaşayış binasında
Qəbələdə yaşayış binasında Yanğın
09:40 • 15 Mart 2025
"Boranı" restoranında
"Boranı" restoranında yanğın
10:26 • 14 Mart 2025
Sarayda dəm qazından boğulma
Sarayda dəm qazından boğulma
09:44 • 14 Mart 2025
Dumanlı hava davam edir
Dumanlı hava davam edir AÇIQLAMA
10:27 • 12 Mart 2025
Gəncədə döl ölü doğulub
Gəncədə döl ölü doğulub
14:41 • 9 Mart 2025
Lerikdə
Lerikdə Zəlzələ
09:08 • 9 Mart 2025

Xəbər lenti