Xəzər Xəbər

Bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

Hadisə | 11:17 • 18 İyul 2024
Bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən zərərçəkmiş kartından 599 manatının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən T.Qəniyev və C.Dəmirov müəyyən olunaraq saxlanılıb.

Abşeron Rayon Polis İdarəsinə isə Sumqayıt, Mehdiabad və Görədil qəsəbə sakinləri olan 3 nəfərin bank kartlarından müxtəlif vaxtlarda ümumilikdə 2067 manat pul oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən A.Şəkərəliyev və R.Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Qəbələdə yaşayış binasında
Qəbələdə yaşayış binasında Yanğın
09:40 • 15 Mart 2025
"Boranı" restoranında
"Boranı" restoranında yanğın
10:26 • 14 Mart 2025
Sarayda dəm qazından boğulma
Sarayda dəm qazından boğulma
09:44 • 14 Mart 2025
Dumanlı hava davam edir
Dumanlı hava davam edir AÇIQLAMA
10:27 • 12 Mart 2025
Gəncədə döl ölü doğulub
Gəncədə döl ölü doğulub
14:41 • 9 Mart 2025
Lerikdə
Lerikdə Zəlzələ
09:08 • 9 Mart 2025

Xəbər lenti