Xəzər Xəbər

Qaradağda minik avtomobili maneəyə çırpıldı ÖLƏN VAR

Hadisə | 11:25 • 9 İyun 2024
Qaradağda minik avtomobili maneəyə çırpıldı

Bakının Qaradağ rayonunda minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin gündəlik xronikasında bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar”, – məlumatda qeyd olunub.

Bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması müəyyən olunub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

“Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – xilasedicilər diqqətə çatdırıb.

Xəbər lenti

Çox oxunanlar