Xəzər Xəbər

Bərdədə ağır yol qəzası XƏSARƏT ALANLAR VAR

Hadisə | 18:21 • 21 Mart 2024
Bərdədə ağır yol qəzası

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Belə ki, 09-BT-866 dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış vəziyyətdə olan 2 avtomobili və 3 nəfəri vurub.

Xezerxeber.az xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan sərnişinlə bərabər 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Artıq 4 nəfərin xəsarət alması ilə nəticələnən qəzada xəsarət alanların adları məlum olub.

Qəza nəticəsində 1992-ci il təvəllüdlü Musayev Elvin Ədil oğlu, 1994-cü il təvəllüdlü Azadlı Vətən Elçin oğlu, 2006-cı il təvəllüdlü Quluyev İlkin Bəhruz oğlu, 2009-cu il təvəllüdlü Quluyev Valeh Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar