Xəzər Xəbər

Naxçıvanda ağır yol qəzası... 3 ölü

Hadisə | 13:49 • 19 Mart 2024
Naxçıvanda ağır yol qəzası...

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə Babək rayonu Vayxır kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobillə "Hundai" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Niva"da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu isə ağır bədən xəsarətləri alıb.

Digər avtomobildə olan 3 sərnişin - Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu isə ağır yaralanıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti