Xəzər Xəbər

Qobustanda kişi arvadını öldürüb, cinayət işi açılıb YENİLƏNİB

Hadisə | 13:02 • 2 Mart 2024
Qobustanda kişi arvadını öldürüb, cinayət işi açılıb

Qobustanda törədilən qətllə bağlı cinayət işi açılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qobustan Rayon Prokurorluğu məlumat yayıb.

Məlumata görə, martın 2-də Qobustan rayonu ərazisində 1982-ci il təvəllüdlü Günel Sadıqovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun arvadı Günel Sadıqovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Mürsəl Cabbarov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

11:48

Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib.

DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, martın 2-si saat 11:30 radələrində Qobustan rayonunda Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı Cabbarov Mürsəl Əlislam oğlu hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti