Xəzər Xəbər

Paytaxtda mənzildə YANĞIN

Hadisə | 17:40 • 8 Fevral 2024
Paytaxtda mənzildə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 18 m² olan birotaqlı mənzilin yanar kontruksiyaları 10 m² sahədə və bitişik mənzilin eyvanının taxta atmaları 1 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024