Xəzər Xəbər

Tərtərdə daha bir nəfər MİNAYA DÜŞDÜ

Hadisə | 12:17 • 5 Fevral 2024
Tərtərdə daha bir nəfər

Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.

Xezerxeber.az Baş Prokurorluğa istinadən məlumat verir ki, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, dünən də Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı nəticəsində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əliyev Həsənəli Şahin oğlu ayağından xəsarət alıb.

Xəbər lenti

Çox oxunanlar