Xəzər Xəbər

Tərtər rayon sakini MİNAYA DÜŞDÜ

Hadisə | 18:50 • 4 Fevral 2024
Tərtər rayon sakini

Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

Xezerxeber.az-ın xəbərinə görə, DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.

O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024