Xəzər Xəbər

Gəncədə yataqxanada YANĞIN təxliyyə edilənlər var

Hadisə | 16:32 • 2 Fevral 2024
Gəncədə yataqxanada YANĞIN

Gəncədə yataqxana binasında yanğın olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan ümumi dəhlizin divarları qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər tüstülənmiş sahələrdən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar