Xəzər Xəbər

Ağcabədidə dönərxanada partlayış olub, xəsarət alanlar var

Hadisə | 11:27 • 7 Dekabr 2023
Ağcabədidə dönərxanada partlayış olub, xəsarət alanlar var

Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə xezerxeber.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024