Qeyd edək ki, T.Nizamov 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis elektromexanik ixtisası üzrə bitirib. O, milli və beynəlxalq elmi jurnallarda dərc edilən 170-dən çox elmi işin, o cümlədən 65-ə yaxın milli və beynəlxalq patentin və 1 dərsliyin müəllifi və ya həmmüəllifidir. “SSRİ ixtiraçısı” adına layiq görülüb.
Mərhum “AZAL” QSC və MAA-nın alim və mütəxəssislərinin ixtira və tətbiq etdikləri yeni texnika və texnologiyaları müsabiqəsinin qalibi olub, ixtiraçılıq sahəsində respublika müsabiqələrində 2015-ci ildə ikinci, 2016, 2017-ci illərdə birinci yerə layiq görülüb.
T.Nizamov Azərbaycan Mühəndislik Akademiyasının “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib və Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. 2023-cü ilin yanvar ayında isə Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mühəndis adına layiq görülüb.