Xəzər Xəbər

Marketdə ödəmə terminalı qarət edilib FOTO

Hadisə | 14:27 • 1 Dekabr 2023
Marketdə ödəmə terminalı qarət edilib

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb.

DİN-dən Xezerxeber.az-a verilən məlumata görə, Xəzər rayonu Binə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan ödəmə terminalından 7753 manat oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Binə qəsəbəsi sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü İlham Rəhmanov saxlanılıb.

Araşdırma zamanı bu şəxsin paytaxtın Suraxanı rayonunda da 2 mağazada quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Saxlanılan zaman həmin şəxsdən oğurladığı maddi vəsaitin bir qismi aşkar olunaraq götürülüb.

İ.Rəhmanov oğurluq yolla əldə etdiyi pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. İ.Rəhmanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Rubrikanın digər xəbərləri

Salyanda ana və oğlu qətlə
Salyanda ana və oğlu qətlə YETİRİLDİ
17:52 • 1 Mart 2024
Salyanda bir nəfər evdə yanaraq
Salyanda bir nəfər evdə yanaraq ÖLDÜ
09:05 • 29 Fevral 2024
Sumqayıtda avtomobil
Sumqayıtda avtomobil YANDI
09:05 • 27 Fevral 2024
Bakıda iki avtomobil toqquşub
Bakıda iki avtomobil toqquşub
09:15 • 25 Fevral 2024
Sarayda çoxmənzilli binada baş verən yanğın
Sarayda çoxmənzilli binada baş verən yanğın SÖNDÜRÜLDÜ
00:13 • 25 Fevral 2024
Toyu olacaq gənc yol qəzasında ÖLDÜ
Toyu olacaq gənc yol qəzasında ÖLDÜ FOTO
12:01 • 24 Fevral 2024

Xəbər lenti