Xəzər Xəbər

Gürcüstanda azərbaycanlı ailəyə BASQIN ÖLƏN VƏ YARALI VAR

Hadisə | 11:23 • 29 Noyabr 2023
Gürcüstanda azərbaycanlı ailəyə BASQIN

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində silahlı insident nəticəsində ər öldürülüb, arvadı isə yaralanıb.

Sakinlər cinayətin qadının keçmiş həyat yoldaşı tərəfindən törədildiyini bildiriblər. Məlumata görə, cinayətkar əvvəlcə qadını odlu silahla yaralayıb, daha sonra isə onun ərinə bir neçə dəfə atəş açıb.

Qeyd olunub ki, qadın xəstəxanaya çatdırılaraq əməliyyat edilib, lakin əri hadisə yerində ölüb. Qatilin hadisə yerindən qaçdığı bildirilir.

Əraziyə kriminal ekspertlər cəlb edilib. Gürcüstan DİN tərəfindən faktla bağlı iki və daha artıq şəxsi öldürməyə cəhd maddəsi əsasında istintaqa başlanılıb. (apa)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024