Xəzər Xəbər

Bakıda ticarət obyektində baş vermiş yanğın söndürüldü YENİLƏNİB-3/VİDEO

Yanğın Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermişdi
Hadisə | 21:41 • 23 Noyabr 2023
Bakıda ticarət obyektində baş vermiş yanğın söndürüldü

Süleyman Sani Axundov küçəsindəki üçmərtəbəli ticarət obyektində baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

21:20

Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

20:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

20:19

Binəqədi rayonunda "Azadlıq prospekti" metrosu yanında bina yanır.

Xezerxeber.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb olunub.

 

Xəbər lenti

Çox oxunanlar