Xəzər Xəbər

Yas mərasimində DÖŞƏMƏ ÇÖKDÜ, YARALILARIN SAYI ARTDI YENİLƏNİB-2/VİDEO

Hadisə | 15:48 • 23 Noyabr 2023
Yas mərasimində DÖŞƏMƏ ÇÖKDÜ, YARALILARIN SAYI ARTDI

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

15:12

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.

Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.

Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.

Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alanlardan biri xəstəxanada ölüb.

Yas mərasimi olan ev köhnə tikili olduğundan evin döşəməsi ağırlığa tab gətirməyərək çöküb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024