Xəzər Xəbər

Bakıda "taxta bazarı"ndakı yanğın MƏHDUDLAŞDIRILDI

Hadisə | 10:06 • 23 Noyabr 2023
Bakıda "taxta bazarı"ndakı yanğın

Bakıda "taxta bazarı"ndakı yanğın məhdudlaşdırılıb.

FHN Mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024