Xəzər Xəbər

Bakıda kişi daşla vurularaq öldürülüb YENİLƏNİB

Hadisə | 09:35 • 2 Noyabr 2023
Bakıda kişi daşla vurularaq öldürülüb

Noyabrın 2-də saat 06 radələrində Səbail rayonu, Puşkin küçəsi 4 ünvanında 1960-cı il təvəllüdlü Adil Xəlilovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Səbail Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Əsədullayevin aralarında yaranmış mübahisə zamanı Adil Xəlilovun gicgah nahiyəsinə daşla zərbə vurması nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır, Mərdan Əsədullayev prokurorluğun qərarı əsasında iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

08:35

Noyabrın 2-də saat 06:30 radələrində Səbail rayonu ərazisində üzərində xəsarət izləri olan naməlum kişi meyiti olması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, araşdırmalarla naməlum şəxsin 1960-cı il təvəllüdlü Xəlilov Adil Maştı oğlu olması müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Əsədullayev Mərdan Xanoğlan oğlu saxlanılıb. M.Əsədullayev sərxoş vəzəyyətdə olub, tüfeyli həyat tərzi keçirir.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza
Biləsuvarda ağır qəza Ölənlər var
15:52 • 15 İyun 2025
Beyləqanda bazarda
Beyləqanda bazarda Yanğın
09:00 • 14 İyun 2025
Yardımlıda traktor aşdı, sürücü
Yardımlıda traktor aşdı, sürücü Öldü
09:35 • 13 İyun 2025
Xırdalanda yanğın söndürülüb
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO
14:20 • 12 İyun 2025
Bank kartları talanmaqda davam edir
Bank kartları talanmaqda davam edir
12:03 • 12 İyun 2025
Dənizdə meyit aşkarlanıb
Dənizdə meyit aşkarlanıb
09:04 • 10 İyun 2025

Xəbər lenti