Xəzər Xəbər

Qətl törədib polisə təslim oldu YENİLƏNİB

Hadisə | 17:20 • 1 Noyabr 2023
Qətl törədib polisə təslim oldu

Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun “Revolver” tipli tapança ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeberş.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb.

O, polisə gələrək təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

16:40

Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar